Avokadonu vegeterianlar da menyuya daxil edirlər


Digərləri 10 Okt 2018 23:58:00 271 0

Avokadonu vegeterianlar da menyuya daxil edirlər

Arxeoloji faktlara görə, avakado eramızdan əvvəl III minillikdə yetişdirilib. Atsteklər onu auakatl-meşə yağı və ya alliqator armudu adlandırıblar. Bu bitkinin adı ilk dəfə ədəbiyyatda 1553-cü ildə ispan tarixçisi, keşiş Pedro Syes de Leonun "Perunun xronikası" əsərində aquakate şəklində işlənib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bir çox tropik və subtropik ölkələrdə yetişdirilən avokado ağacının məhsuldarlığı çox yüksəkdir və bir ağac təxminən 150-200 kiloqram məhsul verir.

Meyvə olmasına baxmayaraq, çox vaxt onu tərəvəz hesab edirlər. Yetişmiş avakado meyvələrinin uzunluğu 5 santimetrdən 20 santimetrə, çəkisi 50 qramdan 1,8 kiloqrama qədər olur. Yetişmiş avokadonun ləti yaşıl və ya sarımtıl yaşıldır və onun tərkibində çoxlu yağ olur. Avokadunun yarpaq və toxumunun tərkibində persin adlanan fingisit toksin orqanizm üçün təhlükəlidir, orqanizmdə allergik reaksiya və həzm sistemində pozulma yarada bilər. Onun meyvəsinin süd verən analara verilməsi körpədə ishal törədə bilər.

Avokado qocalma əleyhinə olan məhsullar sırasında liderlik edir. Onun tərkibində bitki yağı, E vitamini, bananda olduğundan daha yüksək kalium, qlütation və s. var. 100 qram avokadonun enerji dəyəri 245 kaloridir. Tərkibində ziyanlı yağlar və şəkərlər olmadığına görə pəhriz rasionuna daxil edilə bilər.