Uşaqlarda nevroloji problemlər və onların fəsadları


Digərləri 10 Okt 2018 23:46:00 306 0

Uşaqlarda nevroloji problemlər və onların fəsadları

Son vaxtlar uşaqlarda nevroloji problemlərə tez-tez rast gəlinir. Mütəxəssislərin fikrincə, buna ekoloji pozuntular, ananın hamiləlik dövründə keçirdiyi stresslər, düzgün qidalanmamaq, vaxtında lazımi müayinələrdən keçməmək və s. hallar səbəb olur. Ölkəmizdə ən çox təsadüf olunan nevroloji problemlərdən biri uşaq serebral iflicidir. Araşdırmalar göstərir ki, nevroloji xəstəliklərə görə həkim nəzarətində olan uşaqların 90 faizində onurğa əyilməsi baş verir.

Son.az bildirir ki, bu barədə AZƏRTAC-a müsahibəsində həkim-nevroloq Sevinc Salamova məlumat verib.

Həkim deyib: "Valideynlər nevroloji əlamətləri olan uşaqlarının onurğa əyilməsi ilə üzləşə biləcəyindən xəbərdar olmalıdırlar. Ona görə də uşaq nevroloqla bərabər vertebroloqun da nəzarətində olmalıdır ki, onurğa əyriliyi baş verməsin.