Azərbaycan neftinin SON QİYMƏTİ


Digərləri 10 Okt 2018 23:37:00 208 0

Azərbaycan neftinin SON QİYMƏTİ

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 9-da 86,49 dollar/barel təşkil edib ki, bu da bazar ertəsi gününə olan göstəricidən 1,21 dollar/barel çoxdur.

Son.az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 9-da 85,68 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,2 dollar/barel çoxdur.