Soyuqdəymədən qorunmaq üçün 6 effektli üsul professor tövsiyə edir


Digərləri 10 Okt 2018 23:40:00 253 0

Soyuqdəymədən qorunmaq üçün 6 effektli üsul  professor tövsiyə edir

Soyuq fəsillərdə qripp və soyuqdəymə halları kəskin artır.

Kardiff Universitetinin (Böyük Britaniya) Soyuqdəymə Xəstəliklərinin Araşdırması Mərkəzinin professoru Ron Ekklz soyuqdəymədən qorunmaq üçün bəzi tövsiyələr verib.

Son.az saglamolun.az-a istinadən sizə bu tövsiyələri təqdim edir.

1. Professor soyuqdəymənin riskini azaltmaq üçün burunu soyuqdan qorumağı, burunu tez-tez  isindirməyi (məsələn, buxarla) tövsiyə edir. Burun nahiyəsində hərarət aşağı düşdükdə qan dövranı və mikroblarla mübarizə edən immun hüceyrələrinin  hərəkətliliyi azalır ki, bu da soyuqdəymənin riskini artırır.   

2. Burunu duzlu su ilə yuyun. Araşdırmalar sübut edir ki, duzlu su ilə burun boşluğunun yuyulması bura düşən mikrob və virusları azaldır, onların artmasına mane olur. Çöldə evə qayıdanda mütləq duzlu su ilə burnunuzu yaxşı yuyun (1 stəkan ilıq su + 1 ç.q. duz).