Kətan toxumunun yeni faydası


Digərləri 10 Okt 2018 23:15:00 382 0

Kətan toxumunun yeni faydası

Mütəxəssislər aşkar ediblər ki, kətan toxumunun istehlakı qadınlarda süd vəzi xərçənginin inkişafı riskini və bu xəstəlikdən ölüm riskini azaldır.

Son.az saglamolun.az-a istinadən bildirir ki, araşdırmanın nəticələri Journal of Clinical Oncology-də dərc olunub.

Kətan toxumu xüsusi "liqnan" adlı maddələrlə zəngindir. Bu maddələr süd vəzi xərçəngi hüceyrələrini məhv etmək, yeni xərçəng hüceyrələrinin inkişafını "dondurmaq", ikincili şişlərin əmələ gəlməsinin qarşısını almaq xüsusiyyətlərə malikdir.