BMT: son 20 ildə təbii fəlakətlər 1,3 milyon insanın həyatına son qoyub
Dünya 10 Okt 2018 23:02:00 285 0
Son 20 ildə dünyada baş verən təbii fəlakətlər 1,3 milyon insanın ölümünə səbəb olub və 2,9 trilyon dollardan çox maddi zərər vurub.
Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu məlumatlar BMT-nin təbii fəlakətlərin təhlükəsinin azaldılması üzrə idarəsinin oktyabrın 10-da dərc edilmiş məruzəsində əksini tapıb. İdarənin məlumatına görə, 1998-ci ildən 2017-ci ilədək olan dövrdə təbii fəlakətlər səbəbindən dünya bazarlarının maliyyə itkiləri 251 faiz artıb.
Kataklizmlərdən zərər çəkmiş ölkələr 2 trilyon 908 milyard dollardan məhrum olublar. Təbii fəlakətlər ən çox ABŞ-a (994,8 milyard dollar), Çinə (492,2 milyard), Yaponiyaya (376,3 milyard) və Hindistana (79,5 milyard) ziyan vurub. Avropa ölkələri arasında daşqın, fırtına və zəlzələlər nəticəsində ən çox maddi itkiyə Almaniya (57,9 milyard dollar), İtaliya (56,6 milyard) və Fransa (48,3 milyard) məruz qalıb.