Tarixin gizli pərdəsi Şirürəkli I Riçard necə ölüb?


Digərləri 10 Okt 2018 22:41:00 287 0

Tarixin gizli pərdəsi  Şirürəkli I Riçard necə ölüb?

Şirürəkli I Riçard İngiltərə taxtında 10 il oturub.

Son.az Trend-ə istinadən bu gün İngiltərə taxtında az müddət otursa da, bu günə qədər haqqında nağıllar, əfsanələr gəzən tarixi şəxsiyyət barədə məlumat verəcək.

Riçard Şirürəkli ünvanını əldə edib. Amma o, cavan yaşlarında dünyasını dəyişib. Onun ölümü isə orta əsrlərin ən müəmmalı sirlərindən biridir. Məlumdur ki, Riçardın Fransa kralı II Filipplə gərgin münasibətləri olub. İki krallıq arasında sülalə və vassal münasibətlərinə görə də münasibətlər gərgin idi. Uğursuz Üçüncü Səlib yürüşü münasibətləri daha da pisləşdirdi. Nəticədə II Filipp Riçardın kiçik qardaşı İoanı qardaşını taxtan devirməyə qızışdırmağa başladı.

Riçard isə Səlib Yürüşündən qayıtdıqdan sonra Fransaya qarşı müharibəyə başladı. Nəticədə 1199-cu ildə qələbə qazandı və sülh müqaviləsi imzalandı. Amma Riçard İngiltərəyə çata bilmədi. Fransa ərazisində baş verən bir hadisəyə görə özü və ordusu iştirak etməli oldu. Onun vassalı Eymar Limojski torpaqlarında qədim dövrə aid qızıl xəzinə tapır. O dövrün qanunlarına əsasən, xəzinənin bir hissəsi senyor kimi Riçarda çatmalı idi. Amma vassal qızılı bölüşdürmək istəmirdi və Riçard ordusu ilə müdaxilə etmək məcburiyyətində qaldı. Riçard və ordusu Eymarın Şalyu-Şabrol qəsrini mühasirəyə aldı. Bu zaman qəflətən kral dünyasını dəyişdi.

Orta əsr xronikasına əsasən, 1199-cu ilin 26 mart tarixində, hücumdan əvvəl kral silahdaşları ilə qəsrin ətrafını gəzir, hücum üçün uyğun mövqe seçirdi. Ox məsafəsindən uzaqda olduqları üçün çəkinmirdilər. Amma qəsrin müdafiəçiləri arasında arbaletçi var idi və o, arbaletdən atəş açdı. Riçard yaralandı. Bəziləri onun əlindən, bəziləri çiynindən, bəziləri isə boynundan yaralandığını bildirir.