Yaponların əksəriyyəti...


Digərləri 10 Okt 2018 22:43:00 261 0

Yaponların əksəriyyəti...

NHK telekanalının keçirdiyi sorğunun nəticələrinə görə, yaponların əksəriyyəti Yaponiyanın Baş naziri Şinzo Abenin Şimali Koreyanın lideri Kim Çen In ilə görüşünün tezliklə təşkilini məqəsəduyğun hesab edir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, NHK telekanalının oktyabrın 6-da keçirdiyi sorğuda 18 yaşdan yuxarı 2100 nəfərin iştirakı nəzərdə tutulsa da, onların 59 faizi sorğunun suallarını cavablandırmağa razılıq verib.

Respondentlərdən Yaponiya və Şimali Koreya sammitinin keçirilməsinin məqsəduyğunluğu barədə suala cavab vermələri xahiş olunub.