Bakıda maraqlı hadisə VİDEO


Digərləri 10 Okt 2018 22:32:00 259 0

Bakıda maraqlı hadisə  VİDEO

Kanalizasiya quyusundan neft çıxır. Son.az bildirir ki, görüntülər paytaxtın Suraxanı rayonu, Atamoğlan Rzayev küçəsindəndir. Küçədəki kanalizasiya xətti neftlə dolub. Sakinlərin sözlərinə görə, bir neçə ay əvvəl bu kanalizasiya xəttində neft görünüb. Əvvəllər az olub və qısa zamanda problem aidiyyəti qurumlar tərəfindən aradan qaldırılıb. Lakin son bir neçə gündə neft lükün ağzına qədər qalxıb.

Hətta neft kanalizasiya xətti vasitəsilə evlərin hamamından və digər hissələrdən də çölə çıxır.

Məsələ ilə bağlı əraziyə cavabdeh olan 139 saylı Mənzil Kommunal İstismar Sahəsindən bildirildi ki, problem qısa zamanda həll olunacaq.


Xəbərə aid video