"Şöşü" bunları İLK DƏFƏ AÇIQLADI: "İlkin Həsəni çox tənbəldir və buna görə..." FOTO


Şou-biznes 10 Okt 2018 22:23:00 296 0

"Şöşü" bunları İLK DƏFƏ AÇIQLADI: "İlkin Həsəni çox tənbəldir və buna görə..."  FOTO

Son.az bildirir ki, "Bozbash Pictres"dən Şöşü ləqəbi ilə tanınan aktyor Ramil Babayev publika.az-ın "Üç nöqtə" layihəsinin yarımçıq qalan suallarını cavablandırıb.

- İndiki ağlım olsaydı...

- İdmanı atmazdım, məktəbi axıra kimi oxuyardım. Cüdo üzrə milli yığmada güləşmişəm, iki dəfə respublika çempionu olmuşam. İdmanı pula görə atdım. İdmandan uzaqlaşdıqdan sonra o ölkəmizdə inkişafa doğru getməyə başladı.

- Dünyanı dəyişmək imkanım olsaydı...

- Bütün atom bombalarını, bütün silahları məhv edərdim, sərhədləri və pulu yox edərdim.

- Kişilər o qadınlara xəyanət etmir ki...

- Yoldaşım kimi xanımlara...

- Seviləsi qadın olmağın ilkin şərti...

- Qadın öz xanımlığını, məlahətini, incəliyini qorumalıdır. Ümumiyyətlə, qadının düzgün yolda olmasında birbaşa əri məsuliyyət daşıyır. Hər bir kişi daim həyat yoldaşının qayğısına qalmalıdır ki, ailədə problem yaranmasın, gözü başqasına baxmasın.

Dadlı yemək bişirməsi vacib şərt deyil. Yemək bişirə bilməyən qadını günahlandırmaq olmaz. Lakin o da həqiqətdir ki, qayğıkeş qadın ərinin həm qəlbini, həm də mədəsini dadlı yeməklərlə sevindirməyə çalışır. Əgər hər hansı qadın əri üçün yemək bişirmək istəmirsə, deməli, xanımlıqdan uzaqdır. Xanım işlərini görməkdən imtina edən qadın xanımlıqdan da uzaqlaşır.

- Yaşımı ona görə gizlədirəm ki...

- Yaşımla bağlı kompleksim yoxdur. İnsanı gənc saxlayan onun beynidir. Yaş və digər problemləri özünə dərd edən insan günü-gündən əlbəttə ki, qocalacaq. Özünü ruhən gənc hiss etsən, zahirən də cavan görünəcəksən. Gənc qalmaq istəyirsinizsə, həyata nikbin gözlərlə baxın.

- Qadına qarşı şiddət...

- İncə məxluqa necə əl qaldırmaq olar? Qadına şiddət, güc tətbiq etmək kişilik deyil, şərəfsizlikdir.

- Vicdan...

- Vicdan mənim üçün insanın qəlbinin təmizliyini ifadə edir. Özüm haqqında deyə bilmərəm ki, vicdanlıyam, düzgün olmaz. Lakin xarakterim icazə vermir ki, kiminsə haqqını tapdayım, kimisə incidim. Küçədə dönəri utana-utana yeyirəm ki, birdən kənardan ac adam görüb ürəyi çəkər.

- Tez-tez təəssüf edirəm ki...

- Ümumiyyətlə, tez-tez təəssüflənmək yaxşı hal deyil, insanı həm ruhən, həm də fiziki baxımdan yorur. Baş verən hər bir pis hadisə yaxşılığa doğrudur. Odur ki, heç nəyin peşmançılığını çəkməyə dəyməz. İşiniz düz gətirməyibsə, deməli, Yaradan belə buyurub.

İdmanı atdığım üçün əvvəllər təəssüf edirdim. İş elə gətirdi ki, aktyor oldum, Şöşü kimi məşhurlaşdım.

- Vanqa nənə ilə görüşsəydim...

- Soruşardım ki, öncəgörmələri doğrudur, ya uydurma? Həyatım və ya gələcəyimlə bağlı sual verməzdim. Bu, Allahın işidir. Falçılar və ya ekstrasenslərin gələcəyi görə bildiyinə inanmıram. Gələcəyi əvvəlcədən bilmək kimə maraqlıdır? Bu zaman yaşamağın bir mənası qalmazdı.

- Küsülü olduğum insana demək istəyirəm ki...

- Şükürlər olsun ki, küsülü olduğum insan yoxdur. Kiminsə xətrinə dəyəndə üzr istəməyi bacarıram.

- Tənhalıq insan üçün lənətdir, yoxsa...

- Biz heç vaxt tək deyilik. Yaxınlarımız, dostlarımız yanımızda olmasa da, sevgisi daim bizimlədir. Hətta deyərdim ki, dünyasını dəyişən doğmalarımızın ruhları da bizimlədir. Biz özümüzlə danışanda da tənha deyilik.

- Kiminsə yalan danışdığını hiss edəndə...

- Özümü elə göstərirəm ki, guya xəbərim yoxdur. Üzünə vurmuram, yaxşı xüsusiyyət deyil.


Xəbərə aid fotolar