Abşeronda məişət tullantıları poliqonu inşa ediləcək VİDEO


Digərləri 10 Okt 2018 22:02:00 324 0

Abşeronda məişət tullantıları poliqonu inşa ediləcək  VİDEO

Abşeronda regionun ən böyük, dəyəri təxminən 45 milyon dollar olan məişət tullantıları poliqonu inşa olunacaq.

Son.az bildirir ki, hazırda Bərk məişət tullantılarının idarəçiliyinə dair Milli Strategiya çərçivəsində həyata keçiriləcək Abşeron Sanitar Poliqonu layihəsinin sənədləri hazırlanır. Abşeron Rayonu İcra Hakimiyyətindən verilən məlumata görə, bu poliqondan 4 rayon və Sumqayıt şəhəri istifadə edəcək.

Regional sanitar poliqonun inşası üçün Bakı-Şamaxı magistralının 35-ci kilometrliyində 70 hektara qədər ərazinin ayrılması planlaşdırılıb. Hazırda layihə ətraflı müzakirə olunur.