"Oğurluq edirdim ki, yaxşı yaşayım" VİDEO


Digərləri 10 Okt 2018 22:06:00 248 0

"Oğurluq edirdim ki, yaxşı yaşayım"  VİDEO

Əvvəlcə mənzilləri seçir sonra gizlicə evlərə girib qızıl və pul oğurlayıb... Son.az bildirir ki, Mingəçevir şəhərində bir neçə vətəndaş evlərindən oğurluq olması barədə polisə müraciət ediblər. Polisin araşdırmasından sonra oğurluq hadisəsini törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

28 yaşlı Asiman Allahverdiyevin ümumlikdə şəhər sakinlərinə 7 min manatziyan vurduğu müəyyənləşib.

Polis əməkdaşları onun digər oğurluq əməllərinin olub-olmamasını araşdırır.

Qubada da oğru tutulub.Rayon polisi müraciət əsasında dərzi sexindən 200 manat oğurlayan şəxsi saxlayıb.18 yaşlı Qalib Əlibəyov tutulandan sonra məlum olub ki,o, avqust-oktyabr ayları ərzində rayon ərazisində5 müxtəlif mağazadan ümumilikdə 1020 manat pul və bir fərdi evdən 400 manat pul və 800 manat dəyərində olan qızıl-zinət əşyalarıoğurlayıb.


Xəbərə aid foto