Elnarə Xəlilova ərini qısqandı: "Doğuşdan hiss edirdim ki..." FOTO


Şou-biznes 10 Okt 2018 21:53:00 393 0

Elnarə Xəlilova ərini qısqandı: "Doğuşdan hiss edirdim ki..."  FOTO

"Həyat yoldaşımı qızıma çox qısqanırdım".

Son.az bildirir ki, bu sözləri müğənni Elnarə Xəlilova publika.az-a verdiyi açıqlamasında deyib. 4 uşaq anası olan sənətçi bildirib ki, övladları ilə vaxt keçirməkdən zövq alır:

"Bu yaxınlarda oğlumun müəllimləri və sinif yoldaşları ilə birlikdə uşaq sığınacağına getmişdik. Orda bütün valideynlər maksimum çalışdıq ki, bir neçə saatlıq da olsa, uşaqlara ana qayğısı göstərək, sevgi ötürək, tək olduqlarını hiss etməsinlər. Bir günümü onlara həsr etdim. Səhəri gün qərara aldım ki, öz uşaqlarımla vaxt keçirsəm, pis olmaz. Həftəsonu həyat yoldaşım və bütün uşaqlarımla birlikdə gözəl vaxt keçirdik. Çox əyləndik".


Xəbərə aid fotolar