Milyarder insanları Aya aparacaq


Digərləri 10 Okt 2018 21:33:00 258 0

Milyarder insanları Aya aparacaq

Yaponiyalı milyarder, geyim şirkətinin sahibi Yusaku Maedzava Tokioda keçirilən mətbuat konfransında özü ilə insanları Aya aparacağını bildirib.

Son.az "ölkə.az"-a istinadən bildirir ki, onun aparacağı insanlar dünyanı daha da təkmilləşdirmək istəyən yaradıcı insanlar olacaq.

Mənim arzum bütün dünyada sülhdür. Mən dünyanı öz əsərləri ilə daha da yaxşılaşdırmaq istəyən insanları axtaracam və özümlə aparacam. Təbii ki, seçdiyim insanın əsərlərini bəyənməyim vacibdir. Hələ ki, heç kəsə təklif etməmişəm", - deyə iş adamı bildirib.