"Qubalı Miçurin" bağında 25 ton yapon alması yetişdirib VİDEO FOTO


Digərləri 10 Okt 2018 21:18:00 473 0

"Qubalı Miçurin" bağında 25 ton yapon alması yetişdirib  VİDEO  FOTO

Bağında Yaponiyadan gətirilən alma sortları becərən qubalı bağban Ramiz Kərimov bu il təsərrüfatından 25 ton məhsul əldə edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bağı rayonun Birinci Nügədi kəndində olan sahibkar 12 ildir yapon alma sortları becərir.

Ömrünün 50 ilindən çoxunu bağçılıqla məşğul olan Ramiz Kərimovun bir hektara yaxın meyvə bağında 900-dək yeni sort alma ağacı var. Bu alma ağaclarının əksəriyyəti Yaponiyanın Yamanaşi bölgəsindən gətirilən "Fuci", "Sakuray" və "Ramzes" sortlarıdır. Təsərrüfatçı bu il yapon alma sortlarından bol məhsul əldə edib.

"Yapon alması dünyada ən bahalı almalardan sayılır. Azərbaycanda bu almaların qiyməti yerli məhsulun qiymətindən fərqlidir. Digər almaların kilosu bir manatdan aşağı olsa da mən yapon almasının kiloqramını 1,5-2 manata satıram. Müştəri sarıdan da korluq çəkmirəm. Bu almaları almaq istəyən çoxdur. Çox dadlı almadır. Ətirli və şirəlidir. Soyuducu anbara qoyulmadan da mart-aprel aylarınadək xarab olmadan qalır", - deyə təcrübəli bağban deyib.

2006-cı ildən yaponiyalı mütəxəssislərlə təcrübə mübadiləsi aparan Ramiz Kərimov uzaq şərq ölkəsində becərilən məhsuldar alma sortlarının tinglərini əldə edib. Həmin tingləri bağında əkərək calaq vasitəsilə çoxaldan bağban yetişən məhsulun yerli almalardan xeyli fərqləndiyinin şahidi olub. Qubanın hava şəraitinə tamamilə uyğunlaşan alma həm dadına, həm də məhsuldarlığına görə yerli meyvələrdən fərqlənir. Bununla yanaşı, yapon alma sortları xəstəliklərə qarşı daha davamlıdır.


Xəbərə aid fotolar