Uqandalı qız özüözünə ərə getdi


Digərləri 10 Okt 2018 21:04:00 258 0

Uqandalı qız özüözünə ərə getdi

Uqandalı Lulu Cemima özü-özünə ərə gedib.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, 32 yaşlı tələbə ailəsi və uşaqları olmadığından onun üçün təşvişə düşən valideynlərini sakitləşdirmək üçün belə bir addım atıb. Lulunun sözlərinə görə, daima ancaq onun nə zaman ərə gedəcəyi ilə maraqlanan valideynlərindən bezdiyi üçün bu yola baş vurub.

32 yaşlı Lulu dostları ilə birlikdə saxta toy mərasimi də keçirib. Onun qardaşı tort bişirib, tanış dizayner dəvətnamə çap edib, başqa dostu isə rahib rolunda çıxış edib. Nikah mərasimi barda keçirilib. Cemima "pis gündə, yaxşı gündə, kasıbçılıqda, zənginlikdə, xəstəlikdə, sağlamlıqda özünü sevəcəyinə" söz verib.


Xəbərə aid fotolar