Bu il Əfqanıstanda 2798 dinc sakin ölüb, 5252 nəfər yaralanıb


Dünya 10 Okt 2018 20:56:00 290 0

Bu il Əfqanıstanda 2798 dinc sakin ölüb, 5252 nəfər yaralanıb

Bu ilin 9 ayı ərzində Əfqanıstandakı döyüşlər və terror hücumları nəticəsində 2798 dinc sakin ölüb, 5252 nəfər yaralanıb.

Son.az Report-a istinadən xəbər verir ki, bu barədə BMT-nin Əfqanıstandakı Yardım Missiyasının (UNAMA) illik hesabatında bildirilib. 

Sənəddə vurğulanıb ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə yaralananlar 3 faiz azalsa da, ölənlərin sayı 5 faiz artıb.