UEFA Millətlər Liqasının iştirakçıları üçün mükafatlar artırılıb


Dünya 10 Okt 2018 20:12:00 270 0

UEFA Millətlər Liqasının iştirakçıları üçün mükafatlar artırılıb

UEFA Millətlər Liqasının iştirakçıları üçün mükafatlar artırılıb.

Son.az report-a istinadən xəbər verir ki, qurum turnirdə iştirak edən ölkələrin məbləğlərini 50 faiz artırıb.

UEFA A, B, C və D liqalarında yer alan yığmalara müvafiq olaraq, 2.25 milyon avro, 1,5 milyon avro, 1,12 milyon avro və 750 min avro (əvvəlki məbləğlər - 1,5 milyon avro, 1 milyon avro, 750 min avro və 500 min avro) ödəyəcək. Bütün liqalarda qrupda birinci yeri tutan komandalar öz mükafatlarını ikiqat artırmış olacaqlar.