İranın Xəzər sahillərində dağıdıcı daşqınlar


Dünya 10 Okt 2018 20:00:00 259 0

İranın Xəzər sahillərində dağıdıcı daşqınlar

İranın Xəzər dənizi sahilində yerləşən Mazandaran vilayətində baş verən daşqınlar ümumilikdə ölkəyə 7 trilyon rial (116 milyon dollar) ziyan vurub. 

Son.az oxu.az-a istinadla xəbər verir ki, daşqınlar infrastruktur obyektlərini, yaşayış evlərini, yolları və kənd təsərrüfatını dağıdıb. 

Daşqınlara ötən həftə yağan güclü yağışlar səbəb olub. Təbiət hadisəsi zamanı azı beş nəfər ölüb.