Ronalduya on il həbs cəzası verilə bilər


Dünya 10 Okt 2018 19:40:00 214 0

Ronalduya on il həbs cəzası verilə bilər

İtaliyanın "Yuventus" klubunun futbolçusu Kriştianu Ronaldu on il müddətinə həbs oluna bilər.

Son.az oxu.az-a istinadən xəbər verir ki, 2009-cu ildə Ronaldunun Las-Veqasdakı gecə klublarından birində tanış olduğu amerikalı Ketrin Mayorqanı zorladığı təsdiqlənərsə, futbolçu həbs olunacaq.

İddia olunur ki, belə olarsa, o, bağladığı sponsorluq müqavilələrindən 35 milyon funt (təxminən 46 milyon dollar) itirəcək.

Artıq Las-Veqas polisi təhqiqat prosesini yeniləyib və portuqaliyalını ABŞ-da sorğu-sual etmək istəyir. Baxmayaraq, futbolçunun özü heç bir cinayət törətmədiyini bildirir. O, belə bir qızla tanış olduğunu, lakin onun cinsi əlaqəyə razılıq verdiyini vurğulayır.

Mayorqanın hüquqşünası Larisa Drohibiçerin yaydığı bəyanatda Ronaldunun suallara cavab verməsi üçün üç həftə vaxtı olduğu bildirilib: