Əməkdar artist: “Arvaddan qorxmayan kişi…” –


Şou-biznes 10 Okt 2018 19:20:00 261 0

Əməkdar artist: “Arvaddan qorxmayan kişi…” –

Əməkdar artist Coşqun Rəhimov heç vaxt səhnə ilə həyatı bir-birinə qarışdırmadığını deyib.

Son.az xəbər verir ki, yenicag-a açıqlama verən aktyor hətta xanımının da konsert zamanı ona deyil, bir aktyor olaraq yaratdığı obrazlara baxdığını bildirib:

"Qadın paltarında səhnəyə çıxdığım üçün tamaşaçılarım tərəfindən tənqid olunmamışam. Çünki bizim janr iki aktyorun teatrı deməkdir. İki aktyor da səhnədə bütün obrazları yaratmalıdır. Bu obrazların içərisində müxtəlif insanlar var. Biz işimizlə məşğuluq. Nə arxamca danışıblar, nə də üzümə qarşı bunu mənə irad tutmayıblar. Buna görə zəng edib, acı söz deyən də olmayıb. Mən səhnə ilə həyatı ayıra bilən insanam. Bunları heç vaxt bir-birinə qarışdırmıram. Evdəkilər də bunu adi qarşılayır. Xanımım gəlib konsertimizə tamaşa edəndə Coşquna yox, aktyor kimi canlandırdığım obrazlara baxır. Tamaşaçı kimi nəyisə bəyənməyəndə irad bildirdiyi vaxtlar da olur".


Xəbərə aid fotolar