Nanotexnologiya sahəsində dövlət proqramı hazırlanacaq


Digərləri 10 Okt 2018 19:23:00 293 0

Nanotexnologiya sahəsində dövlət proqramı hazırlanacaq

Nanotexnologiya sahəsində yaradılmış Koordinasiya Şurasında bu istiqamətdə dövlət proqramının hazırlanması qərarına gəlinib

Bakı. Nanotexnologiya sahəsində yaradılmış Koordinasiya Şurasında bu istiqamətdə dövlət proqramının hazırlanması qərarına gəlinib. Bakı Dövlət Universitetindən Trend-ə verilən məlumata görə, məlum olduğu kimi, AMEA-nın Rəyasət Heyətinin qərarına əsasən respublikada nanotexnologiya istiqamətindəki tədqiqat işlərinin inkişafı və əlaqələndililməsini müəyyən etmək üçün Koordinasiya Şurası yaradılıb və Şuraya rəhbərlik akademik Abel Məhərrəmova həvalə edilib. Bununla əlaqədar olaraq AMEA-nın prezidenti, akademik Akif Əlizadənin rəhbərliyi ilə iclas keçirilib.