Torpaqların üst münbit qatının daşınmasının qarşısı alınıb


Digərləri 10 Okt 2018 19:06:00 267 0

Torpaqların üst münbit qatının daşınmasının qarşısı alınıb

Torpaqların üst münbit qatının qanunsuz daşınmasına qarşı növbəti reyd Qaradağ rayonunda keçirilib.

Son.az xəbər verir ki, Əmlak Məsələləri Dövlət Komitəsindən "Meyvəli bazar" adlı kənd təsərrüfatı məhsullarının satış mərkəzinin yaxınlığında, 5 hektara yaxın torpaq sahəsində kvarc qumunun kərpic və sement istehsalında istifadə olunması məqsədilə ağır texnika vasitəsilə daşınması faktı aşkar olunub. Torpaq daşınması ərazidə dövlət nömrə nişanı 32 T 053 olan Ekskvator, 99 XV 053 nömrəli Ford, 99 GO 483, 90 ON 054, 10 JZ 463 və 90 JZ 144 nömrəli Şaqman markalı avtomobillər tərəfindən aparıldığı məlum olmuşdur. Torpaq daşınmasının qarşısı müfəttişlər tərəfindən görülmüş zəruri tədbirlər nəticəsində alınıb, texnika ərazidə saxlanılıb.


Xəbərə aid fotolar