AŞPA üzv ölkələri İslamın xaricdən maliyyələşməsinin qarşısını almağa çağırıb


Dünya 10 Okt 2018 18:48:00 286 0

AŞPA üzv ölkələri İslamın xaricdən maliyyələşməsinin qarşısını almağa çağırıb

Avropa Şurası Parlament Assambleyasında (AŞPA) "Radikallaşma və islamofobiyanın qarşısını almaq məqsədi ilə Avropada İslamın xaricdən maliyyələşməsi"nin nizamlanmasına dair qətnamə qəbul edilib.

Son.az report-a istinadən xəbər verir ki, sənəddə quruma üzv ölkələrin İslamın adından istifadə edərək milli siyasətlərini digər üzv dövlətlərdə yaymaq məqsədi ilə İslamın xaricdə maliyyələşməsinə son qoymağa çağırılıb. 

Qətnamədə bildirilib ki, dövlətlər öz ərazilərində xarici təşkilatların paralel cəmiyyətlər yaratmaq üçün müdaxilələrinə etiraz etməli, xaricdən gələn maliyyə vəsaitlərinin insan hüquqlarına, insanların fundamental hüququ olan birgə yaşamaq haqlarına zərər vuran təşkilatlara gəlib çatmasının qarşısını almalıdır.