Kent: "ABŞ Azərbaycanın Əfqanıstanda təhlükəsizliyə töhfəsini yüksək qiymətləndirir"


Siyasət 10 Okt 2018 18:14:00 290 0

Kent: "ABŞ Azərbaycanın Əfqanıstanda təhlükəsizliyə töhfəsini yüksək qiymətləndirir"

"ABŞ Azərbaycanın Əfqanıstanda təhlükəsizliyin təmin edilməsinə verdiyi töhfəni yüksək qiymətləndirir".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Bakıda mətbuat konfransı zamanı ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Corc Kent deyib.

C.Kent bildirib: "Azərbaycan hökumətinin regionda təhlükəsizliyin təmin edilməsi və gücləndirilməsi məqsədilə fəaliyyətini yüksək qiymətləndiririk".

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini qeyd edib ki, onun Azərbaycan səfərinin məqsədi iki ölkə arasında münasibətlərin daha da inkişafını təmin etməkdir.

C.Kent əlavə edib: "ABŞ Azərbaycanı daha inkişaf etmiş və daha da çiçəklənən görmək istəyir".