Bakıda ata məhkum oğluna təcridxanada bıçaq ötürmək istədi


Digərləri 10 Okt 2018 18:00:00 528 0

Bakıda ata məhkum oğluna təcridxanada bıçaq ötürmək istədi

İstintaq təcridxanasına qadağan olunmuş əşyanın keçirilməsinin qarşısı alınıb.

Son.az xəbər verir ki, Penitensiar xidmətdən Trend-ə verilən məlumata görə, əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq Təcridxanasında saxlanılan həbs olunmuş şəxsə atası Gəncə şəhəri sakini İslamzadə Orxan Bəhram oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman idman çantasında olan sovqatın içərisindən ümumi uzunluğu 20 sm olan üzərində "Golden Lepat" sözləri yazılmış bıçaq aşkar edilərək götürülüb.