Corc Kent: "ABŞ Qarabağ münaqişəsi tərəflərinin gərginliyin azalması və dinc həll yolunun əldə olunması istiqamətində səylərini alqışlayır"


Siyasət 10 Okt 2018 18:02:00 290 0

Corc Kent: "ABŞ Qarabağ münaqişəsi tərəflərinin gərginliyin azalması və dinc həll yolunun əldə olunması istiqamətində səylərini alqışlayır"

ATƏT-in Minsk Qrupunun həmsədri olan Amerika Birləşmiş Ştatlar Dağlıq Qarabağ münaqişəsi tərəflərinin gərginliyin azalması və dinc həll yolunun əldə olunması istiqamətində göstərdikləri səyləri alqışlayır.

Son.az xəbər verir ki, ABŞ-ın Azərbaycandakı səfirliyindən Trend-ə verilən məlumata görə, bunu ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin yeni təyin olunmuş müavini Corc Kent Bakıya rəsmi səfəri çərçivəsində keçirdiyi görüşlər zamanı deyib.

C.Kent Prezident İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov, energetika naziri Pərviz Şahbazov, Azərbaycanın bizness dairələrinin nümayəndələri, siyasi müxalifət və vətəndəş cəmiyyətinin üzvləri ilə görüşlər keçirib.

Keçirdiyi görüşlər zamanı C.Kent bir sıra vacib məsələləri ünvanlayıb və Avropanın enerji təhlükəsizliyinə və Azərbaycanın iqtisadi müstəqilliyinə təminat verən Cənub Qaz Dəhlizi lahiyəsinin vacibliyini vurğulayıb. O, həmçinin Azərbaycanın Əfqanıstanda verdiyi mühüm töhfələri, bölgədə terrorçuluğa qarşı mübarizədə və İranın qeyri qanuni yolla nüvə silahının əldə olunmasına qarşı beynəlxaıq səylərdə paylaşdığımız məqsədləri müzakirə edib. Dövlət Katibinin köməkçisinin müavini həmçinin kənd təssərüfatı, turizm, nəqliyyat və loqistika, və informasiya texnologiyaları sahələrinə yatırılan investisiyalar sayəsində Azərbaycanın iqtisadi diversifikasiya üçün ABŞ ilə apardığı əməkdaşlığıda müzakirə edib və bu sahədə ABŞ şirkətlərinin imkanlarını vurğulayıb.

C.Kent Birləşmiş Ştatların gücün istifadəsi olunmaması, və ərazi bütövlüyü, xalqların müqaddaratını müəyyənləşdirmək hüququnu əks etdirən Helsinki Yekun Aktının prinsiplərinə əsaslanan Dağlıq Qarabağ münaqişəsinin dinc həllinə sadiqliyini təkrar edib. ATƏT-in Minsk Qrupunun həmsədri olan Birləşmiş Ştatlar tərəflərin gərginliyin azalması və dinc həll yolunun əldə olunması istiqamətində göstərdikləri səyləri alqışlayır.

Rəsmi görüşlər zamanı C.Kent toplaşma azadlığı və qanun aliliyidə daxil olmaqla fundamental azadlıqlara hörmətin, korrupsiyaya qarşı mübarizə, Azərbaycan xalqının firavanlığı və təhlükəsizliyinin təminatı və ikitərəfli münasibətlərin dərinləşməsinin vacibliyini vurğulayıb.