Azərbaycan deputatı AŞ PAda cavab tələb etdi


Siyasət 10 Okt 2018 18:08:00 78 0

Azərbaycan deputatı AŞ PAda cavab tələb etdi

Millət vəkili Qənirə Paşayeva Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) Nazirlər Komitəsi sədrinə Azad Demokratlar Qrupu adından mədəniyyətlərarası dialoqla bağlı suallar ünvanlayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu gün AŞ PA Nazirlər Komitəsinin sədri, Xorvatiyan baş nazirinin müavini, Xarici və Avropa İşləri Naziri Marija Prjcinovic Buric AŞ PA-da millət vəkillərinin suallarını cavablandırıb.

Q.Paşayeva bu gün Avropada artan islamafobiya, ksenofobiya fonunda vacib məsələ olan mədəniyyətlərarası, dinlərarası dialoqla bağlı Nazirlər Komitəsinin gördüyü və atacağı addımlar barədə fikirlər bildirməsini istəyib:

"Suallarım çox mühüm məsələlərdən biri olan mədəniyyətlərarası dialoqla bağlıdır. Avropa Şurası ərazisində mədəniyyətlərarası dialoqun aparılması üçün siyasətin əsasını hansı dəyərlərin təşkil etməsi vacibdir? "Yeni dəyərlər"ə ehtiyac varmı? Mədəniyyətlərarası dialoqu təşviq edən fəaliyyətlərə maksimum təsiri əldə etmək məqsədilə Avropa Şurası başqa beynəlxalq təşkilatlar ilə necə əməkdaşlıq etməlidir?".

Sualın cavabında Xorvatiyanın baş nazir müavini, Xarici və Avropa İşləri Naziri Marija Prjcinovic Buriç bildirib ki, o, çıxışında da bu məsələyə geniş yer ayırıb, çünki bu, bütün Avropa üçün çox önəmli bir mövzudur. Nazirlər Komitəsi sədri bildirib ki, mədəniyyətlərarası dialoq ən vacib məsələlərdən biridir və həm Avropa Şurası təşkilatları, həm də üzv ölkələrdə bu mövzu daim diqqətdə olmalıdır.

Çıxışdan sonra millət vəkili Q.Paşayevanın Xorvatiyanın baş nazir müavini, Xarici və Avropa İşləri Naziri Marija Prjcinovic Buriçlə qısa görüşü də olub. Xanım Buriç ölkəsi ilə Azərbaycan arasında əməkdaşlığın genişlənməsinin məmuniyyətverici olduğunu və buna önəm verdiklərini deyib. Millət vəkili Q.Paşayeva da bildirib ki, Azərbaycan bütün istiqamətlərdə Xorvatiya ilə əməkdaşlığın inkişafında maraqlıdır. Parlamentləarası Əməkdaşlığın da genişləndiyini vurğulayan millət vəkili Q.Paşayeva Azərbaycanın mədəniyyətlərarası dialoqa verdiyi böyük önəmi də xüsusi vurğulayıb.

ABŞ Dövlət Departamenti: “Cənub Qaz Dəhlizi” irimiqyaslı layihədir like
  • 10 Okt 18:06  
Siyasət ABŞ Dövlət Departamenti: “Cənub Qaz Dəhlizi” irimiqyaslı layihədir

"Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan "Cənub Qaz

arrow Ətraflı
Cəbhədə yoxlama oldu like
  • 10 Okt 18:04  
Siyasət Cəbhədə yoxlama oldu

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğ

arrow Ətraflı
Mikayıl Cabbarova 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsi verilib like
  • 10 Okt 18:02  
Digərləri Mikayıl Cabbarova 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsi verilib

Prezident İlham Əliyev Mikayıl Cabbarova 3-cü dərəcəli dövlət vergi xid

arrow Ətraflı
Kent: ABŞ Azərbaycanın Əfqanıstanda təhlükəsizliyə töhfəsini yüksək qiymətləndirir like
  • 10 Okt 18:01  
Digərləri Kent: ABŞ Azərbaycanın Əfqanıstanda təhlükəsizliyə töhfəsini yüksək qiymətləndirir

ABŞ Azərbaycanın Əfqanıstanda təhlükəsizliyin təmin edilməsinə verdiy

arrow Ətraflı
Bakıda ata məhkum oğluna təcridxanada bıçaq ötürmək istədi like
  • 10 Okt 18:00  
Digərləri Bakıda ata məhkum oğluna təcridxanada bıçaq ötürmək istədi

İstintaq təcridxanasına qadağan olunmuş əşyanın keçirilməsinin qarşı

arrow Ətraflı
Azərbaycanda KURYOZ HADİSƏ  like
  • 10 Okt 17:59  
Digərləri Azərbaycanda KURYOZ HADİSƏ

Qızların oğlanlar tərəfindən qaçırıldığı barədə xəbərlərlə tez

arrow Ətraflı
ABŞ Dövlət Departamenti: “Cənub Qaz Dəhlizi” irimiqyaslı layihədir like
  • 10 Okt 17:56  
Digərləri ABŞ Dövlət Departamenti: “Cənub Qaz Dəhlizi” irimiqyaslı layihədir

Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan “Cənub Qaz Dəhlizi

arrow Ətraflı
Corc Kent: ABŞ Qarabağ münaqişəsi tərəflərinin gərginliyin azalması və dinc həll yolunun əldə olunması istiqamətində səylərini alqışlayır like
  • 10 Okt 17:54  
Digərləri

ATƏT-in Minsk Qrupunun həmsədri olan Amerika Birləşmiş Ştatlar Dağlıq Q

arrow Ətraflı
Yalçın Rzazadənin yaradıcılığının 50 illiyi like
  • 10 Okt 17:52  
Kriminal Yalçın Rzazadənin yaradıcılığının 50 illiyi

Noyabrın 15-də Heydər Əliyev Sarayında Xalq artisti Yalçın Rzazadənin ya

arrow Ətraflı
Yoahim Löv Kloppla razılaşmır like
  • 10 Okt 17:51  
İdman Yoahim Löv Kloppla razılaşmır

Hesab edirəm ki, Millətlər Liqası yaxşı düşünülüb. D&

arrow Ətraflı
Bakıda ağır qəza: şirkət maşını iki yerə bölündü like
  • 10 Okt 17:49  
Digərləri Bakıda ağır qəza: şirkət maşını iki yerə bölündü

Bir neçə dəqiqə öncə paytaxtın Qaradağ rayonunda ağır yol-nəqliyyat h

arrow Ətraflı