Corc Kent: ABŞ Qarabağ münaqişəsi tərəflərinin gərginliyin azalması və dinc həll yolunun əldə olunması istiqamətində səylərini alqışlayır


Digərləri 10 Okt 2018 17:54:00 278 0

Corc Kent: ABŞ Qarabağ münaqişəsi tərəflərinin gərginliyin azalması və dinc həll yolunun əldə olunması istiqamətində səylərini alqışlayır

ATƏT-in Minsk Qrupunun həmsədri olan Amerika Birləşmiş Ştatlar Dağlıq Qarabağ münaqişəsi tərəflərinin gərginliyin azalması və dinc həll yolunun əldə olunması istiqamətində göstərdikləri səyləri alqışlayır.

Bakı. ATƏT-in Minsk Qrupunun həmsədri olan Amerika Birləşmiş Ştatlar Dağlıq Qarabağ münaqişəsi tərəflərinin gərginliyin azalması və dinc həll yolunun əldə olunması istiqamətində göstərdikləri səyləri alqışlayır. ABŞ-ın Azərbaycandakı səfirliyindən Trend-ə verilən məlumata görə, bunu ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin yeni təyin olunmuş müavini Corc Kent Bakıya rəsmi səfəri çərçivəsində keçirdiyi görüşlər zamanı deyib. C.Kent Prezident İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov, energetika naziri Pərviz Şahbazov, Azərbaycanın bizness dairələrinin nümayəndələri, siyasi müxalifət və vətəndəş cəmiyyətinin üzvləri ilə görüşlər keçirib.