ABŞ Dövlət Departamenti: Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində irəliləyiş əldə olunub


Siyasət 10 Okt 2018 17:41:00 88 0

ABŞ Dövlət Departamenti: Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində irəliləyiş əldə olunub

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində irəliləyiş əldə olunub.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Bakıda mətbuat konfransı zamanı ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Corc Kent deyib.

O qeyd edib ki, Azərbaycanda hamı münaqişənin sülh yolu ilə nizamlanmasında maraqlıdır:

"Ölkəyə səfərim zamanı biz münaqişənin həlli prosesində son zamanlar əldə olunan irəliləyişləri, o cümlədən Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Nyu-Yorkda görüşü və Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyanın Düşənbədəki görüşünü qeyd etmişik".

C.Kent bildirib ki, ABŞ ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi, münaqişənin Madrid prinsipləri əsasında nizamlanması üzrə öhdəliklərinə ciddi yanaşır:

"Bu ay, iki həftədən sonra ATƏT-in Minsk qrupunun həmsədrləri regiona səfər edəcəklər. Qeyd etmək istərdim ki, qoşunların təmas xəttində gərginliyin səviyyəsi azalıb. Tərəfləri bu ab-havanı qorumağa çağırırıq".

Qeyd edək ki, 1988-ci ildə Ermənistan tərəfindən Azərbaycana qarşı ərazi iddiaları başladı. Bir müddət sonra isə Ermənistan tərəfindən Azərbaycan ərazilərinə hərbi təcavüz başlandı. Dağlıq Qarabağ və ona sərhəd yeddi rayon - Azərbaycan ərazisinin 20 faizi - Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. Bu işğal faktoru hələ də davam edir.

1994-cü ilin mayında tərəflər atəşkəs rejiminə nail olublar. O dövrdən bu günə kimi ATƏT-in Minsk qrupunun himayəsində - Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə uğursuz sülh danışıqları davam edir. İşğal olunmuş Dağlıq Qarabağ və ona sərhəd rayonların azad edilməsi barədə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə isə Ermənistan tərəfindən bu günədək icra olunmayıb.

Mustafa Sandalın keçmiş arvadı avtomobil qəzasına düşdü like
  • 10 Okt 17:40  
Digərləri Mustafa Sandalın keçmiş arvadı avtomobil qəzasına düşdü

Müğənni Mustafa Sandaldan iyun ayında boşanan Əminə Yahoviç avtomobil q

arrow Ətraflı
Manatın sabaha MƏZƏNNƏSİ like
  • 10 Okt 17:38  
Digərləri Manatın sabaha MƏZƏNNƏSİ

Oktyabrın 11-ə manatın məzənnəsi açıqlanıb.

arrow Ətraflı
Tehranda mikroavtobus 20 avtomobillə toqquşdu like
  • 10 Okt 17:36  
Dünya Tehranda mikroavtobus 20 avtomobillə toqquşdu

Tehranda mikroavtobusun iştirakı ilə zəncirvari qəza olub.

arrow Ətraflı
Qalmaqallı məmurun yerinə YENİ TƏYİNAT like
  • 10 Okt 17:32  
Digərləri Qalmaqallı məmurun yerinə YENİ TƏYİNAT

Bakı Lift Təmir İstehsalat Birliyinə yeni rəhbər təyin olunub. 

arrow Ətraflı
Azərbaycanda qeysəriyyə əməliyyatı etdirən qadınların sayı pik həddə çatdı like
  • 10 Okt 17:28  
Digərləri Azərbaycanda qeysəriyyə əməliyyatı etdirən qadınların sayı pik həddə çatdı

Azərbaycanda ümumi doğuşların azalmasına baxmayaraq, qeysəriyyə əməliy

arrow Ətraflı
Britaniya polisi ölkədə terror ehtimalının artması barədə xəbərdarlıq etdi like
  • 10 Okt 17:25  
Digərləri Britaniya polisi ölkədə terror ehtimalının artması barədə xəbərdarlıq etdi

Böyük Britaniya polisi ölkədə terror aktları ehtimalının artması barəd

arrow Ətraflı
Nişanlısı başqası ilə qaçdı, 15 yaşlı baldızını aldı... like
  • 10 Okt 17:24  
Digərləri Nişanlısı başqası ilə qaçdı, 15 yaşlı baldızını aldı...

Oğuz rayonunda seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsir

arrow Ətraflı
Polşadan Azərbaycana narkotik tərkibli həblər gətirən musiqiçinin like
  • 10 Okt 17:20  
Kriminal Polşadan Azərbaycana narkotik tərkibli həblər gətirən musiqiçinin

Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin qanunsuz dövri

arrow Ətraflı
Silsilə oğurluq edən 18 yaşlı gənc saxlanılıb like
  • 10 Okt 17:19  
Digərləri Silsilə oğurluq edən 18 yaşlı gənc saxlanılıb

Faktlarla bağlı cinayət işi açılıb, onun başqa oğurluq hadisələrində

arrow Ətraflı
“Range Rover”lə qəza törədən polis serjantının həbs müddəti uzadıldı like
  • 10 Okt 17:16  
Digərləri “Range Rover”lə qəza törədən polis serjantının həbs müddəti uzadıldı

Binəqədi Rayon Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadis

arrow Ətraflı
“Başından böyük qələt eləmisən, Oqtay Gülalıyev!" like
  • 10 Okt 17:14  
Digərləri “Başından böyük qələt eləmisən, Oqtay Gülalıyev!"

Yox, əzizlərim, oxuduğunuz bu cümlə mənə aid deyil, almış olduğumuz ş

arrow Ətraflı