Belçika futbolunda qalmaqal - 10 kluba basqın, məşqçilər həbs olundu


İdman 10 Okt 2018 17:09:00 290 0

Belçika futbolunda qalmaqal - 10 kluba basqın, məşqçilər həbs olundu

Belçika polisi bu gün olkənin 10 futbol klubunda araşdırma həyata keçirib.

Goal.az xəbər verir ki, araşdırma işi aparılan klublar arasında Anderlecht, Standard Liege, Antwerp və Club Brugge kimi komandalar var. Belçika mətbuatına görə, məşhur məşqçi Mogi Bayat da bu gün səhər polis tərəfindən saxlanılıb. 44 yaşlı Bayata iki ayrı ittiham irəli sürülüb- fırıldaqçılıq və pulların yuyulması. Belçika rolisi onu vergilərin ödənilməməsi üçün fırıldaga əl atdıgını iddia edir. Digər bir ittiham isə Belçikanın Jupiler Pro Liqasında oynanan bəzi matçlarla bağlıdır. Federal bölgə prokuroru Club Brügge-nin baç məşqçisi İvan Lekonun, həmçinin iki hakimin həbs olunduğunu bildirib. Club Brügge-nin prezidenti Bart Verhaege deyib: “Baş verənləri diqqətlə izləyirik. Heç bir günahımız yoxdur”. Son məlumatlara görə, Anderlecht klubunun baş məşqçisi Herman van Holssbek də həbs edilib. Onun Mogi Bayatla gizli əlaqələrinin olduğu deyilir. Məlumat üçün bildirək ki, İran əsilli Mogi Bayat 2003-2010–cu illərdə Charleroi klubunun idman direktoru olub.