Nişanlısı başqası ilə qaçdı, 15 yaşlı baldızını aldı...


Digərləri 10 Okt 2018 17:24:00 268 0

Nişanlısı başqası ilə qaçdı, 15 yaşlı baldızını aldı...

Oğuz rayonunda seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirli bilinən 1990-cı il təvəllüdlü Abit Mərdanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az xəbər verir ki, Abit Mərdanov on altı yaşına çatmayan qızla ailə həyatı qurub. O, 1999-cu il tarixdə anadan olmuş Samirə Məmmədova (Cinayət işində zərərçəkmişin, onun ailə üzvlərinin ad və soyadları şərti verilib - red.) ilə könüllü olaraq 25 avqust 2014-cü il tarixdə rəsmi nikaha girmədən toy etdirib.

Toy gecəsi seksual hərəkət

Abit qeyd olunan tarixdə yaşadığı Oğuz rayon Muxas kəndində yerləşən evdə Samirə ilə cinsi əlaqədə olub.

Bundan sonra Abit Samirənin on altı yaşının tamam olduğu 25 iyun 2015-ci il tarixədək onunla mütəmadi olaraq təbii və qeyri-təbii yolla cinsi əlaqədə olub.

İstintaq orqanı tərəfindən Abit Mərdanovun barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

"Sevdanın başqa oğlanla qaçmasını dedilər"

Təqsirləndirilən şəxs qismində ifadə verən Abit Mərdanov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O deyib ki, 2013-cü ildə Samirənin bacısı Sevda ilə ailə qurmaq məqsədi ilə nişanlanıb: "Hər iki tərəfin valideynlərinin razılığı ilə mənimlə Sevdanın toy məclisinin tarixləri təyin edildi, qız toyunun 14 avqust 2014-cü il tarixdə, oğlan toyunun isə 25 avqust 2014-cü il tarixdə keçiriləcəyi müəyyən edildi. Avqustun 14-də Sevdanın qız toyu oldu. Sentyabrın 23-də isə Sevdanın anası Sahibə və atası Sahib bizim yaşadığımız evə gəldilər. Onlar Sevdanın başqa bir oğlana qoşulub qaçması barədə məlumat verdilər".

"Bacısı ilə ailə qurmağı təklif etdi"

Abit Mərdanovun ifadəsinə görə, çıxılmaz vəziyyətdə qaldıqlarından qardaşı Səyavuş Sevdanın əvəzinə onun kiçik bacısı Samirə ilə ailə qurmasını təklif edib: "Bu təklifə həm ailə üzvlərim, həm də Samirənin valideynləri razı oldu. Mən də onların bu təklifi ilə razılaşdım".

"İcra orqanına müraciət etdim"

Təqsirləndirilən şəxs qeyd edib ki, avqustun 25-də Oğuz rayonu Muxas kəndində Samirə ilə onun toy məclisi olub: "Həmin gün, yəni toy gecəsi Samirənin razılığı ilə onunla cinsi əlaqədə oldum. Samirə ilə qeyri-rəsmi nikahımdan 20 dekabr 2015-ci il tarixdə Xəyyam, 24 fevral 2017-ci il tarixdə Sadiq adlı iki övladım dünyaya gəldi. Müvafiq icra hakimiyyəti orqanına müraciət edərək uşaqların atası olduğumu etiraf etdim, atalığın müəyyən edilməsi haqqında akt qeydlərinə əsasən həmin uşaqların atası hesab edildim. Samirə ilə ailə qurarkən onun nikaha daxil olmaq üçün yaş həddi çatmadığına görə onunla rəsmi nikaha girməmişəm".

"Seksual hərəkətlər etməmişəm"

Abit Mərdanov bildirib ki, Samirə ilk dəfə avqustun 25-də yaşadığı evdə cinsi əlaqədə olarkən, onun bakirəliyini özünün razılığı ilə pozub: "Samirənin 16 yaşı tamam olana qədər mütəmadi olaraq onunla təbii və qеyri-təbii yоllа cinsi əlaqədə olmuşam. Samirə ilə onun özünün istəyi və razılığı ilə təbii və qeyri-təbii yolla cinsi əlaqədə olduğum vaxt onun iradəsi ziddinə heç bir hərəkət etməmişəm, hər hansı fiziki və psixi zor tətbiq etməmişəm, ona qarşı zorla seksual xarakterli hərəkətlər etməmişəm".

"Narazılığa görə ayrılmaq qərarına gəldik"