Azərbaycanda qeysəriyyə əməliyyatı etdirən qadınların sayı pik həddə çatdı


Digərləri 10 Okt 2018 17:28:00 246 0

Azərbaycanda qeysəriyyə əməliyyatı etdirən qadınların sayı pik həddə çatdı

Azərbaycanda ümumi doğuşların azalmasına baxmayaraq, qeysəriyyə əməliyyatlarının sayı artır.

Son.az Trend-ə istinadən xəbər verir ki, 2005-ci ildən sonrakı müddət ərzində Azərbaycanda ən çox doğuş 2011-ci ildə olsa da, həmin ildə də qeysəriyyə kəsiyi əməliyyatlarının sayı ötənilki qədər olmayıb.

2011-ci ildə 175 175 doğuşun yalnız 25 960-sı qeysəriyyə kəsiyi əməliyyatı ilə edilib.

2012-ci ildə Azərbaycanda 173 376 doğuşun 30 794-u, 2013-cü ildə 171 508 doğuşun 28 954-i, 2014-cü ildə 168 889 doğuşun 30 561-i, 2015-ci ildə 164 614 doğuşun 45 942, 2016-cı ildə 158 051 doğuşun 46 555-i, 2017-ci ildə 142 710 doğuşun 47 760-ı qeysəriyyə əməliyyatı ilə olub.

Ölkədə hər 100 doğuşa düşən qeysəriyyə əməliyyatlarının sayı da artıb. Azərbaycanda 2014-cü ildə hər 100 doğuşdan 18,1-i, 2015-ci ildə 27,9-u, 2016-cı ildə 29,5-i, 2017-ci ildə 33,5-i qeysəriyyə kəsiyi əməliyyatı ilə baş tutub.