Azərbaycan Beynəlxalq Bankının “Bakıxanov” şöbəsinin yeni ünvanda açılışı olub (FOTO)


Digərləri 10 Okt 2018 17:00:59 212 0

Azərbaycan Beynəlxalq Bankının “Bakıxanov” şöbəsinin yeni ünvanda açılışı olub (FOTO)

Bankın müasir konseptinə uyğun qurulmuş “Bakıxanov” şöbəsi yeni ünvanda müştərilərin istifadəsinə verilib.

Bakı. Effektivliyin artırılması, müştəri məmnuniyyətinin əldə olunması məqsədilə filial şəbəkəsini optimallaşdıran, xidmətin keyfiyyətini yüksəldən Azərbaycan Beynəlxalq Bankı bu istiqamətdə daha bir addım atıb. Azərbaycan Beynəlxalq Bankından Trend-ə verilən məlumata görə, bankın müasir konseptinə uyğun qurulmuş “Bakıxanov” şöbəsi yeni ünvanda müştərilərin istifadəsinə verilib. “Bakıxanov” şöbəsi bundan sonra fəaliyyətini Nəsimi rayonu, Məmməd Cəfər Cəfərov küçəsi - 28 ünvanında (3-cü mikrorayon dairəsindən Şamaxinka istiqamətinə gedən yolun üstü) davam etdirəcək. Geniş ərazidə yerləşən, ən müasir bankçılıq texnologiyaları ilə təchiz olunmuş şöbə binasında müştərilərə yüksək səviyyədə xidmət üçün hər cür şərait yaradılıb.