Məktəblərimizdə mühafizə və nəzarət hansı səviyyədədir?


Digərləri 10 Okt 2018 16:56:00 230 0

Məktəblərimizdə mühafizə və nəzarət hansı səviyyədədir?

Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi 76 saylı tam orta məktəbdə 6-cı sinif şagirdlərinin gözyaşardıcı qazdan istifadəsi nəticəsində 12 uşaq zəhərlənib. Bu da orta təhsil müəssisələrində mühafizə və nəzarətin zəif olduğu faktını ortaya qoyur.

Son.az xəbər verir ki, təhsil üzrə ekspert Məlahət Mürşidqızı yenicag.az-a açıqlamasında məsələni belə şərh edib:

"Burada əsas məsələ hüquq-mühafizə orqanlarının üzərinə düşür. Bibər qazı şagirddə haradandır? Bəlkə uşağı küçədə kimsə aldadaraq bibər qazını verib? Şagird bunu oyuncaq kimi qəbul edib? Bilərəkdən, yaxud da bilməyərəkdən istifadə edib? Hər halda 6-cı sinif şagirdi tam yetkin yaşına çatmayan uşaqdır. Bəlkə hansısa terrorçu uşaqdan istifadə edərək öz çirkin niyyətini məktəbdə həyata keçirmək istəyib. Bütün bunlar araşdırılmalıdır. Hər bir şagirdin çantasının mühafizəçi və məktəb direktoru tərəfindən açılıb yoxlanması mümkün deyil".