Azərbaycanda dini icmalara avtomobillər verilib


Digərləri 10 Okt 2018 16:40:00 198 0

Azərbaycanda dini icmalara avtomobillər verilib

Prezident İlham Əliyevin Azərbaycanda dini icmaların maddi-texniki təchizatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı 11 sentyabr 2018-ci il tarixli Sərəncama əsasən oktyabrın 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondunda 14 dini icmaya "Khazar SD" markalı avtomobillərin açarları təqdim edilib.

Son.az xəbər verir ki, Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, mərasimdə Mənəvi Dəyərlərin Təbliği Fondunun rəhbərliyi və Himayəçilər Şurasının üzvləri iştirak ediblər. Noyabr ayında isə növbəti 7 dini icmaya avtomobillərin verilməsi nəzərdə tutulub.

Tədbirdə çıxış edən icma sədrləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.


Xəbərə aid fotolar