Polşadan Azərbaycana narkotik tərkibli həblər gətirən musiqiçinin CƏZASI - 8 il oldu


Digərləri 10 Okt 2018 16:32:00 199 0

Polşadan Azərbaycana narkotik tərkibli həblər gətirən musiqiçinin CƏZASI - 8 il oldu

Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Çingiz Muradovun işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Bakı. Samir Əli - Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Çingiz Muradovun işi üzrə məhkəmə prosesi yekunlaşıb. Trend-in məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Ç.Muradov 8 il azadlıqdan məhrum edilib.