Melanya Tramp ərindən danışdı,


Digərləri 10 Okt 2018 15:25:00 296 0

Melanya Tramp ərindən danışdı,

ABŞ prezidenti Melaniya Trampın Afrikaya səfəri qalmaqalla müşayiət olunur.

Son.az The New York Times-a istinadən bildirir ki, 48 yaşlı Melaniya Tramp Keniyada səfərdə olarkən əynində bir zamanlar Afrikada ağ müstəmləkəçilərin geyindikləri libas, başında da şlem vardı.

Afrikalılar bu ağ şlemi Avropanın müstəmləkəçiliyinin simvolu sayır, nifrət edirlər.

Məşhur tarixçi, Afrika tarixinin bilicisi, professor Mett Karotenuto Twitter-də yazıb: "Melaniya Tramp bu libası ilə bütün afrikalıları təhqir etməklə yanaşı, çox böyük səhvə yol verib. Bu, afroamerikalı pambıq istehsalçılarının toplantısına Konfederasiya əsgərinin formasında qatılmaq kimidir. Tarixi kontekst çox vacibdir".

Politologiya professoru Kim Yi Dionn isə deyib: "Melaniya Trampın geyim seçimi onun yollandığı ölkə ilə bağlı stereotip anlayışların əsiri olduğunu göstərdi".

İyun ayında isə Melaniya Tramp Texasdakı Uşaq Mühacirlərin Müdafiəsi Mərkəzinə üzərində "I Really Don't Care Do You?" ("Gerçəkdən də vecimə də deyil, bəs sənin?!") yazılmış plaşda yollanmışdı.


Xəbərə aid fotolar