Azərbaycanda sentyabr üzrə gündəlik neft hasilatı 796 min barrel olub


Digərləri 10 Okt 2018 15:16:19 193 0

Azərbaycanda sentyabr üzrə gündəlik neft hasilatı 796 min barrel olub

Sentyabr ayı üzrə gündəlik neft hasilatı ilə bağlı məlumatlar OPEC-ə təqdim edilib

Bakı. Azərbaycanda sentyabr ayı üzrə gündəlik neft hasilatı 796 min barrel olub. Bunun 725 min barrelini xam neft, 71 min barrelini kondensat təşkil edib. Gündəlik 599 min barrel xam neft, 71 min barrel kondensat, 7 min barrel isə neft məhsulları ixrac edilib. Energetika Nazirliyindən Trend-ə verilən məlumata görə, sentyabr ayı ərzində gündəlik neft hasilatı ilə bağlı məlumatlar OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edilib. Qeyd edək ki, gündəlik neft hasilatı cari ilin yanvar ayında 814,6 min barrel, fevral ayında 806 min barrel, mart ayında 794 min barrel, aprel ayında 785,7 min barrel, may ayında 801 min barrel, iyun ayında 792 min barrel, iyul ayında 773 min barrel, avqust ayında isə 774 min barrel olub.