İranın xarici borcu nə qədərdir?


Dünya 10 Okt 2018 14:49:00 226 0

İranın xarici borcu nə qədərdir?

İranın Mərkəzi Bankının son statistikasına əsasən ölkənin 11 milyard 885 milyon dollar xarici borcu var.

Son.az Trend-ə istinadən xəbər verir ki, İran təqvimi ilə bu ilin ilk üç ayında 3 milyard 957 milyon dollar qısamüddətli, 6 milyard 484 milyon dollar ortamüddətli və uzunmüddətli borcu olub. Həmin rəqəmə 1 milyard 444 milyon dollar gecikmiş vəsaiti əlavə olunarsa, 11 milyard 885 milyon dollar borca çatır.

İqtisadi ekspertlərin rəyinə əsasən, qlobal baxımdan bir ölkənin borcunun artması o ölkənin münasib maliyyə gücü hesab olunur. Xarici borcun sürətlə artması effektiv idarəçilik və sadələşdirmə ilə yanaşı olarsa, digər ölkələrlə ticarət və iqtisadi anlaşmaların müsbət perspektivini əks etdirəcək.

Həmçinin qeyd olunan müddət ərzində İranın qeyri-neft ixracı 10 milyard 60 milyon dollar və idxalı isə 11 milyard 253 milyon dollara çatıb. Neft idxalını hesablamaqla İran bu il yazda 29 milyard 336 milyon dollar dəyərində məhsul ixrac edib və idxal etdiyi məhsulun dəyəri isə 16 milyard 253 milyon dollar olub.