Biləsuvarda velosiped yarışı keçirilib (FOTO)


Digərləri 10 Okt 2018 14:45:00 230 0

Biləsuvarda velosiped yarışı keçirilib (FOTO)

Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi münasibətilə Biləsuvar rayonunda həvəskar velosipedçilər arasında yarış keçirilib.

Bakı. Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi münasibətilə Biləsuvar rayonunda həvəskar velosipedçilər arasında yarış keçirilib. Biləsuvar rayon Gənclər və İdman İdarəsi və Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) birgə təşkilatçılığı ilə baş tutan tədbirdə 150-yə yaxın velosipedçi iştirak edib. AzVİF-dən Trend-ə verilən məlumata görə, start və finiş xətti Heydər Əliyev prospektində olan yarışda velosipedçilər 16,5 km məsafə qət ediblər.