“Kelebek”ə namizəd olan məşhurlarımız


Şou-biznes 10 Okt 2018 14:22:00 248 0

“Kelebek”ə namizəd olan məşhurlarımız

Türkiyədə 46-cı dəfə təşkil olunacaq "Altın Kelebek" mükafat gecəsinə namizəd olan azərbaycanlı məşhurların adları açıqlanıb. 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, onlar xalq artisti Aygün Kazımova, Günay İbrahimli, Aysel Əlizadə, Dilarə Kazımova, Səmra Rəhimli, Xatirə İslam və Roza Zərgərlidir.  

Onlar barədə hər həftənin bazar günü Xəzər TV-də sənədli film təqdim olunacaq, iştirakçıların məşhurluq zirvəsinə qədər keçdiyi yoldan söhbət açılacaq. Qısa filmdə sənətçinin yaxınları, ailə üzvləri də yer alacaq. 

Musiqi platformasının "ən yaxşılar"ını seçmək isə xalqın ixtiyarına veriləcək. 

Qeyd edək ki, namizədlər dekabr ayında Bakının məşhur klublarının birində çıxış edəcəklər və 3 finalistin adı açıqlanacaq.  

Sözügedən müğənnilər Türkiyədə baş tutacaq gecədə iştirak edəcəklər. Üç ulduzdan biri "Azərbaycanda ilin qadın müğənnisi" adına layiq görüləcək. 

Qeyd edək ki, "Altın Kelebek"də azərbaycanlı sənətçilərtə mükafat verilməsi ötən ildən təyin olunub. Ötən il tədbirdə Əməkdar artist Röya Ayxan, Miri Yusif və müğənni Nigar Camal Azərbaycanı təmsil edib. Mükafatın sahibi isə Röya Ayxan olub.