Avtomobillərdən oğurluq edən yeniyetmə saxlanıldı


Digərləri 10 Okt 2018 14:26:00 203 0

Avtomobillərdən oğurluq edən yeniyetmə saxlanıldı

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobillərdən oğurluqlar etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.

DİN-dən Son.az-a verilən məlumata görə, paytaxtın Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsində Bakı şəhər sakini E.Nəsirovun "London-Taxi" markalı avtomobilindən 70 manat, H.Babaşov küçəsində isə R.Kərimovun "Mercedes" markalı avtomobilindən 600 manat oğurlanması barədə Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinə müraciətlər daxil olub.

Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları törətməkdə şübhəli bilinən Abşeron rayon sakini olan bir yeniyetmə polis əməkdaşları tərəfindən saxlanılıb.