Ağcabədidə icazəsiz ova cəhd edən şəxs cərimələnib


Digərləri 10 Okt 2018 14:17:00 253 0

Ağcabədidə icazəsiz ova cəhd edən şəxs cərimələnib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Ağcabədi rayonunun Kəbirli kəndi ərazisində icazəsiz ova cəhd edən şəxs saxlanılıb.

Bakı. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Ağcabədi rayonunun Kəbirli kəndi ərazisində icazəsiz ova cəhd edən şəxs saxlanılıb. Nazirlikdən Trend-ə verilən məlumata görə, araşdırma zamanı brakonyerin Füzuli rayon sakini Əbil Məhərrəmov olduğu müəyyən edilib. Ondan ov tüfəngi götürülüb.