"Bəzi müğənnilər kimi evdən qaçmamışam"


Şou-biznes 10 Okt 2018 14:04:00 307 0

"Bəzi müğənnilər kimi evdən qaçmamışam"

Tanınmış ifaçı Günay İbrahimli "Hər şey daxil" verilişinin qonağı olub.

Son.az big.az-a istinadən  xəbər verir ki, aparıcı Tarix (Tolik) Əliyevin "Niyə sənə rəqib yoxdur?" sualına ifaçı belə cavab verib: "Rəqibim yoxdur. Yaşıdlarım içərisində işləyən yoxdur. Zövqlər müxtəlifdir. Kim nə istəyir, ona da qulaq asır. Hərənin öz izləyəni var". Daha sonra İbrahimli ailəsi haqqında da danışıb: "Qardaşım fortepianonu bitirib. ADA-da Beynəlxalq Münasibətlərdə oxuyur. Uşaqlıqdan valideynlərimin istəyi idi ki, bizim musiqi savadımız da olsun. Mənə valideynlərim dəstək olub. O müğənnilərdən deyiləm ki, evdən qaçmışam və ya atam-anam icazə verməyib. Hər şey həmişə ideal olmur. Çətin günlərimdə mənə dəstək olan valideynlərim olub. Qohumlarım qarşı çıxmışdı, amma valideynlərim həmişə mənim arxa-dayağım olub".

Son.az