ABŞda "Maykl"a görə hərbi aviabaza boşaldıldı


Dünya 10 Okt 2018 13:50:00 260 0

ABŞda "Maykl"a görə hərbi aviabaza boşaldıldı

"Maykl" qasırğasının yaxınlaşması ilə əlaqədar ABŞ-ın Florida ştatında təxliyə işlərinə başlanılıb, 140 min insan evlərini tərk etmək məcburiyyətində qalıb, o cümlədən ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "Tindall" aviabazası boşaldılıb.

Son.az report-a istinadən xəbər verir ki, yerli mağazalarda rəflər, demək olar, boş qalıb, qasırğa vaxtı yalnız evdə olmağı planlaşdıranlar hər şeyi alıblar.

"Maykl" qasırğası artıq 5 mümkün dərəcədən 4-cü kateqoriyaya aid edilir.