Azərbaycanın dünya elminə bəxş etdiyi görkəmli simalardan biri - şərqşünas alim Aida İmanquliyevanın xatirəsi anılıb (FOTO)


Digərləri 10 Okt 2018 13:31:00 247 0

Azərbaycanın dünya elminə bəxş etdiyi görkəmli simalardan biri - şərqşünas alim Aida İmanquliyevanın xatirəsi anılıb (FOTO)

Azərbaycanın dünya elminə bəxş etdiyi görkəmli simalardan biri - şərqşünas alim Aida İmanquliyevanın xatirəsi anılıb.

Bakı. İlhamə İsabalayeva – Bu gün XX əsrdə Azərbaycanın dünya elminə bəxş etdiyi görkəmli simalardan biri - şərqşünas alim, pedaqoq, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın doğum günüdür. Trend-in məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun kollektivi bu gün II Fəxri xiyabanda görkəmli şərqşünas alim Aida İmanquliyevanın məzarını ziyarət edərək xatirəsini dərin ehtiramla anıb, məzarı üzərinə əklillər qoyub, gül dəstələri düzüb. Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, filologiya elmləri doktoru, professor Gövhər Baxşəliyeva 10 oktyabr tarixinin İnstitutun kollektivi üçün çox önəmli gün olduğunu xatırladıb: “Aida xanımın sağlığında bu günü təntənəli keçirirdik, onu tər çiçəklərlə təbrik edirdik. Çox təəssüf ki, Aida xanımın doğum gününü artıq onsuz, onun məzarı başında keçiririk. Aida xanımın vaxtsız həyatdan getməsi bizim hər birimiz, bütün kollektivimiz üçün həqiqətən çox böyük itki oldu. Aida xanımın həyatdan getməsi ilə institutumuzda yaranmış boşluq hələ də dolmur. Hamımız o boşluğu hiss edirik”. G.Baxşəliyeva qeyd edib ki, onu sevənlərin qəlbində, xatirələrində silinməz bir iz qoyan Aida İmanquliyeva Azərbaycanın şərqşünaslıq elmində də böyük iz qoyub. Onun yazdığı əsərlər bu gün də şərqşünaslıq elmində xüsusi yer tutur, ərəb ədəbiyyatşünaslığında böyük rol oynayır. Professor vurğulayıb ki, Aida İmanquliyeva Azərbaycan şərqşünaslıq elmini beynəlxalq miqyasda çox ləyaqətlə təmsil edirdi: