Azərbaycan ilə Finlandiya arasında təhsil sahəsində əməkdaşlıq istiqamətləri müzakirə edilib (FOTO)


Digərləri 10 Okt 2018 13:37:00 251 0

Azərbaycan ilə Finlandiya arasında təhsil sahəsində əməkdaşlıq istiqamətləri müzakirə edilib (FOTO)

Təhsil naziri Ceyhun Bayramovun başçılıq etdiyi nümayəndə heyəti Finlandiyada səfərdə olub.

Bakı. Təhsil naziri Ceyhun Bayramovun başçılıq etdiyi nümayəndə heyəti Finlandiyada səfərdə olub. Səfər çərçivəsində Finlandiyanın Təhsil Nazirliyi, Dövlət Təhsil Agentliyi, Omnia Peşə Təhsil Mərkəzi və Helsinki Universitetində görüşlər keçirilib. Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, Finlandiyanın təhsil naziri xanım Sanni Grahn-Laasonen ilə görüşdə Ceyhun Bayramov Azərbaycanda təhsil sahəsində son illərdə aparılan islahatlar haqqında məlumat verib, iki ölkə arasında mümkün əməkdaşlıq istiqamətləri müzakirə olunub. Sanni Grahn-Laasonen Finlandiya təhsilində görülən işlərdən danışıb, yeni qüvvəyə minmiş peşə təhsili haqqında qanunu və bu sahədə həyata keçirilən yenilik və islahatları vurğulayıb. Görüşdə, həmçinin müəllim hazırlığı, məktəblərin idarəedilməsi və məktəb rəhbərlərinin peşəkar inkişafı üzrə mümkün əməkdaşlıq istiqamətləri ilə bağlı fikir mübadiləsi aparılıb. Omnia Peşə Təhsil Mərkəzində keçirilmiş görüşdə Azərbaycan nümayəndə heyətinə mərkəzin fəaliyyəti ilə bağlı məlumat verilib, peşə təhsil proqramları və yaşlıların təhsili ilə bağlı təqdimat keçirilib. Qeyd edilib ki, 38 mindən çox təhsilalanı əhatə edən Omnia Peşə Təhsil Mərkəzi Finlandiyanın qabaqcıl və innovasiyalar tətbiq edən təhsil müəssisələrindən biridir.