Cenevrədə Azərbaycan startaplarının təqdimatı keçiriləcək (FOTO)


Digərləri 10 Okt 2018 12:49:00 258 0

Cenevrədə Azərbaycan startaplarının təqdimatı keçiriləcək (FOTO)

Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) Baş direktoru Frensis Qarrinin cari ilin iyununda Azərbaycana rəsmi səfəri zamanı Azərbaycanın uğurlu startap layihələrinin Cenevrədə təqdimatının keçirilməsi razılaşdırılib.

Bakı. Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) Baş direktoru Frensis Qarrinin cari ilin iyununda Azərbaycana rəsmi səfəri zamanı Azərbaycanın uğurlu startap layihələrinin Cenevrədə təqdimatının keçirilməsi razılaşdırılib. Sonradan Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) da Azərbaycanın bu təşəbbüsünü dəstəkləyıb və layihəyə qoşulmaq niyyətini bildirib. Bu məqsədlə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Təhsil Nazirliyi tərəfindən təqdimat tədbirində iştirak edəcək startapların seçimi üzrə müsabiqə təşkil edilir.