İranın xarici borcu nə qədərdir?


Digərləri 10 Okt 2018 12:54:00 230 0

İranın xarici borcu nə qədərdir?

İran Mərkəzi Bankının son statistikasına əsasən, ölkənin 11 milyard 885 milyon dollar xarici borcu var.

Bakı. Elnur Bağışov - İranın Mərkəzi Bankının son statistikasına əsasən ölkənin 11 milyard 885 milyon dollar xarici borcu var. Trend-in Mərkəzi bankın yayımladığı iqtisadi statistikaya əsasən məlumatına görə, İran təqvimi ilə bu ilin ilk üç ayında 3 milyard 957 milyon dollar qısamüddətli, 6 milyard 484 milyon dollar ortamüddətli və uzunmüddətli borcu olub. Həmin rəqəmə 1 milyard 444 milyon dollar gecikmiş vəsaiti əlavə olunarsa, 11 milyard 885 milyon dollar borca çatır. İqtisadi ekspertlərin rəyinə əsasən, qlobal baxımdan bir ölkənin borcunun artması o ölkənin münasib maliyyə gücü hesab olunur. Xarici borcun sürətlə artması effektiv idarəçilik və sadələşdirmə ilə yanaşı olarsa, digər ölkələrlə ticarət və iqtisadi anlaşmaların müsbət perspektivini əks etdirəcək.